Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

11 dekabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil olunub.

Öncə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, zəngin siyasi irsi və təcrübəsi barədə çıxış edib.

Daha sonra “Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filmi nümayiş olunub.

Jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin ideya və ssenari müəllifi olduğu filmdə Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Ekran əsərində qiymətli və nadir arxiv kadrlardan da istifadə edilib.

Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb.

A- A A+

Digər press-relizlər