Türkiyənin Azərbaycandakı səfiri “ASAN xidmət” mərkəzi ilə tanış olub
8 iyun 2016-cı il tarixində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alpər Coşqun 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 10 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Həmçinin qonaq ASAN radionun fəaliyyəti ilə də tanış olub.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan cənab səfir mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.