Please ensure Javascript is enabled for purposes of website accessibility

Tacikistan nümayəndə heyəti “ASAN xidmət”də

15 mart 2019-cu il tarixində Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Hikmatullozodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs, 108 “Çağrı” mərkəzi və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər