Please ensure Javascript is enabled for purposes of website accessibility

Sumqayıt ASAN Könüllüləri səhnədə rol aldılar

3 fevral 2017-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "İclas qurusu" hekayəsi və “Toy kimindir” televiziya tamaşasını səhnələşdiriblər.

“ASAN xidmət” mərkəzinin əməkdaşı və mədəniyyət müvəkkili Əhyə Salamovanın rejissorluğu ilə hazırlanan tamaşada 21 könüllü rol alıb.

Tamaşadan sonra isə könüllülərin ifasında bir-birindən maraqlı musiqilər və muğam ifası səsləndirilib. 

Qeyd edək ki, tamaşa “Gəncliyin səsi” festivalı çərçivəsində təqdim edilib. Festival çərçivəsində Masallı, Sabirabad və Qəbələ şəhərlərində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

A- A A+

Digər press-relizlər