Please ensure Javascript is enabled for purposes of website accessibility

Sumqayıt ASAN Könüllüləri səhnədə!

11 may 2017-ci il tarixində Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt “ASAN xidmət” könüllülərindən ibarət teatr truppası “Otello” tamaşasını və “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasında “Həyat” adlanan kiçik pantomim hissəsini səhnələşdiriblər.

“ASAN xidmət” mərkəzinin əməkdaşı və mədəniyyət müvəkkili Əhyə Salamovanın rejissorluğu ilə hazırlanan tamaşada 30 könüllü rol alıb.


Həmçinin könüllülərin ifasında bir-birindən maraqlı musiqi və rəqs nömrələri göstərilib.


Sonda sözləri Cabir Novruza, musiqisi Faiq Sucəddinova məxsus olan “Azərbaycan” mahnısı ifa edilib.

A- A A+

Digər press-relizlər