Please ensure Javascript is enabled for purposes of website accessibility

"Sosial dovlətdə vətəndaşlara xidmətin səmərəlilik meyarları" mövzusunda təlim

19 noyabr  2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə  ədliyyə orqanlarına ilk dəfə qulluğa qəbul olunan şəxslər üçün "Sosial  dovlətdə vətəndaşlara xidmətin səmərəlilik  meyarları" mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə açan Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdiri Elvin Paşayev  iştirakçılara  “ASAN xidmət” mərkəzlərində vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasında ədliyyə orqanları əməkdaşlarının da xüsusi rolunu diqqətə çatdırıb.

Dövlət Agentliyinin Təlim sektorunun müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova  Respublikamızda həyata keçirilən sosial döv¬lət quruculuğunun xüsusiyyətləri və normativ-hüquqi bazadan bəhs edərək,  bu istiqamətində görülən tədbirləri, həyata keçirilən dövlət proqramlarını qeyd edib. İştirakçılara, həmçinin, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumat verilib.

Təlimdən sonra iştirakçılar 1 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə  tanış olublar.

 

A- A A+

Digər press-relizlər