Səyyar ASAN xidmət Lənkəranda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ , Kürdəmir rayonunda  Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam rayonlarının  sakinlərinə ASAN Səyyar Xidmət göstərilmişdir.

Cari ilin 22 avqust-5 sentyabr tarixində Lənkəran və Lerik rayonlarının ümumi sayı 300000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən Lənkəran  rayonunda  yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti                                 
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
  • Əmək pensiyalarının təyin edilməsi
  • Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməs

Xatırladaq ki, ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

A- A A+

Digər press-relizlər