Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət fəaliyyətdə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi qısa bir zamanda "ASAN xidmət" şəbəkəsinin ölkəmizin bütün ərazisini əhatə etməsi məqsədilə dövlət xidmətlərinin yeni formada həyata keçirilməsini təşkil etməkdədir.

Xidmətlərin göstərilməsi üçün zəruri olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar artıq səyyar formada əhaliyə xidmətlər göstərməyə başlamışdır. 29 may 2013-cü il tarixindən may ayının sonunadək davam edəcək sınaq müddətində Dövlət Agentliyinin səyyar avtobusları Xirdalan şəhərində vətəndaşlara xidmət göstərəcəkdir. 

Səyyar xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

A- A A+

Digər press-relizlər