Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət Dəllər və Novxanı qəsəbələrində

Səyyar ASAN  qatar 14 – 28 aprel tarixində Şəmkir rayonunun Dəllər qəsəbəsində, səyyar ASAN xidmət isə 15 – 29 aprel tarixində Abşeron rayonunun Novxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Həmçinin, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 29 mart - 26 aprel  Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, 10 – 19 aprel Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Əmək pensiyalarının təyin edilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

A- A A+

Digər press-relizlər