Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 1 - 25 fevral Şirvanda, Şəmkirdə, Xırdalanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Göyçayda, Ağstafada, Qaxda, Zaqatalada, Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti (Qax, Zaqatala, Cəlilabadda istisna olmaqla);
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi (Qax, Zaqatala, Cəlilabadda istisna olmaqla);
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
- Tərcümə xidməti (Qax, Zaqatala, Cəlilabad, Göyçay və Ağstafada istisna olmaqla)
- Tibb xidməti;
Qeyd: Səyyar ASAN xidmət avtobuslarında göstərilən mütəmadi xidmətlərlə yanaşı Cəlilabad, Zaqatala və Qax rayonlarında Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nomrəli Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərmanının icrası ilə əlaqədar torpaq üzərində mülkiyyət hüquqları rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunması xidməti də həyata keçirilir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.