Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət Çilov adasında

20 sentyabr 2014-cü il tarixində “Əsrin müqaviləsi” sazişinin bağlanmasının 20-ci ildönümü və “Neftçilər günü” münasibəti ilə  “ASAN xidmət”, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birgə təşkilatçılığı ilə tədbir  təşkil olunub.

Tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət vasitəsi ilə şəxsiyyət vəsiqələri və  yeni ümumvətəndaş pasportları təqdim olunub.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır 

 

A- A A+

Digər press-relizlər