Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmirdə xidmətə başladı

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar  səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.

1–15 iyun 2015-ci il tarixində Səyyar ASAN xidmət Balakən, Qəbələ, Kürdəmir rayonlarında əhaliyə xidmətlər göstərəcək. Belə ki:

Balakən, Zaqatala, Qax rayonlarının sakinləri Balakəndə;

Qəbələ, İsmayıllı rayonlarının sakinləri Qəbələdə;

Kürdəmir, Hacıqabul rayonlarının sakinləri isə Kürdəmirdə Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi  tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

 

A- A A+

Digər press-relizlər