Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN xidmət avtobusu Cəlilabadda

Səyyar ASAN xidmət avtobusu oktyabrın 5-dən etibarən Cəlilabad Şəhər Bələdiyyəsinn qarşısında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Cəlilabadda səyyar xidmət 13 dəfə gerçəkləşib. 13 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə 34 minə yaxın vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
 
Hazırda Cəlilabad şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunun növbəti dayanacağı Astara rayonu olacaq.
 
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 500 minə yaxın, 2021-ci il ərzində isə 108 minə yaxın vətəndaş müraciəti daxil olub.
 
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

A- A A+

Digər press-relizlər