Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN qatar Ağstafada

Səyyar ASAN qatar ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, ASAN qatar növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar ASAN qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.

Səyyar ASAN qatar fevral 1-dən Ağstafa  dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Ümumilikdə Ağstafada səyyar xidmət 12 dəfə gerçəkləşib. 5 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə ,  7 dəfə isə ASAN qatar vasitəsilə 26.000-ə yaxın vətəndaş müraciəti daxil olub.
 
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

Hazırda Ağstafa şəhərində fəaliyyət göstərən Səyyar ASAN qatarın növbəti dayanacağı Ağdaş  rayonu olacaq.
 
2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 500 000-dən çox, 2021-ci il ərzində isə 230.000-dən çox vətəndaş müraciəti daxil olub.
 
 
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və ASAN qatar səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

A- A A+

Digər press-relizlər