Please ensure Javascript is enabled for purposes of website accessibility

“Sənədsiz məktəbli qalmasın” bu dəfə Qaradağ rayonunda

“ASAN xidmət”in “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir.

14 mart 2016-cı il tarixindən etibarən Səyyar ASAN xidmət Bakı şəhəri Qaradağ rayonunda 106 saylı orta məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb. 15 mart 2016-cı il tarixindən isə səyyar avtobus vasitəsilə Sabunçu rayonu Maştağa qəsəbəsi yerləşən 293 saylı orta məktəbin qarşısında 17 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.

Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, aksiya çərçivəsində artıq 3000-dən çox məktəbliyə şəxsiyyət vəsiqəsi verilib və bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.

 

A- A A+

Digər press-relizlər