Please ensure Javascript is enabled for purposes of website accessibility

“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

“ASAN xidmət” Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyasına yenidən start verib.

Səyyar ASAN xidmət çərçivəsində həyata keçirilən sosial aksiya zamanı Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində şagirdlər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilir.

Müvafiq olaraq səyyar xidmət həyata keçirilməmişdən öncə məktəblərdə xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.

2017-ci ildən bu günə kimi keçirilən sosial aksiya zamanı 1100-dən çox məktəbli bu xidmətdən yararlanıb.

“Sənədsiz məktəbli qalmasın” aksiyasının məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan müvafiq xidmətdən yararlanmalarıdır.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

A- A A+

Digər press-relizlər