Please ensure Javascript is enabled for purposes of website accessibility

“Sənədsiz məktəbli qalmasın” aksiyası Bakıda da davam edir

“ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası Bakıda da yerləşən ümumtəhsil məktəblərində şəxsiyyət vəsiqələrinin verilməsini davam etdirir.

Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan məktəblərdə şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası ilk dəfə olaraq Sumqayıt şəhərində başladılıb.  Aksiya çərçivəsində bu günə kimi Sumqayıtda 2000-ə yaxın, Bakıda isə 1000-dən çox şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

"ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.  

 

A- A A+

Digər press-relizlər