Please ensure Javascript is enabled for purposes of website accessibility

Şəki "ASAN xidmət" mərkəzində ASANçıların Novruz festivalı baş tutub

​Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "ASAN xidmət" əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.

​Bayram tədbirinə Novruz tonqalının yandırılması ilə start verilib.
 
​Festival çərçivəsində "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi regionların kulinariya nümunələrinin, kənd təsərrüfatı məhsullarının, folklor nümunələrinin təqdimatları baş tutub.
 
​Həmçinin xalq folklor kollektivinin ifası, müxtəlif idman hərəkətləri və oyunları nümayiş etdirilib.
 
​Qonaqlar xalqımızın ən qədim bayramlarından olan və milli ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.
 
​Festival konsert proqramı ilə davam etdirilib.

A- A A+

Digər press-relizlər