Please ensure Javascript is enabled for purposes of website accessibility

Sabirabad “ASAN xidmət” mərkəzinin açılışı olub

15 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzinin açılışı olub.

Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan  ümumi sayı  900 000-ə yaxın vətəndaşa xidmət göstərəcək. Mərkəzdə vətəndaşlar üçün xidmətlərin həyata keçirilməsinə başlanılması  2015-ci ilin yanvar ayının ilk günləri üçün nəzərdə tutulur.

Hazırda 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar. 

 

A- A A+

Digər press-relizlər