Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb
19 fevral 2014 – cü il tarixində AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalarüzrə Dövlət Agentliyi «ASAN xidmət» mərkəzlərinə müraciət edən vətəndaşlarınhüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daimnail olunması və mütəmadi olaraq artırılmasıistiqamətində İSO 9001:2008 standartıüzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.
15 dekabr 2014-cü il tarixində isə Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyətgöstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşlarıneffektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda vətəndaşların tamtəhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərinnəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərəkDövlət Agentliyinin və Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyiinzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.
Dövlət Agentliyi və mövcud “ASAN xidmət” mərkəzləriöz fəaliyyətini davamlı olaraq təkmilləşdirərək OHSAS 18001:2007 standartına uyğunlaşdırmaqyolunda mühüm addımlar atıb.
Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət”mərkəzində beynəlxalq standartlara uyğun yaradılan İdarəetmə Sisteminin hüquqivə praktiki əsasları Azərbaycan Respublikasının Prezidentinin Fərmanlarında təsbitolunmuş öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinə və nəticədə vətəndaşməmnunluğuna nail olunmasına yönəlib. Standart ,həmçinin, 10 dövlət orqanı tərəfindən «ASAN xidmət» mərkəzlərində göstərilənxidmətlərin yüksək səviyyədə təşkil olunması və daim təkmilləşdirilməsini rəhbərtutur.