Please ensure Javascript is enabled for purposes of website accessibility

Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

5 yanvar 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı  900 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

 

A- A A+

Digər press-relizlər