Please ensure Javascript is enabled for purposes of website accessibility

Sabirabad “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

1-2 aprel tarixlərində Sabirabad “ASAN xidmət” mərkəzində (Sabirabad rayonu, Heydər Əliyev prospekti 128) görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək..

3 aprel tarixindən etibarən isə vətəndaşlar mərkəzə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, Sabirabad "ASAN xidmət" mərkəzi həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 16:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

 

A- A A+

Digər press-relizlər