Please ensure Javascript is enabled for purposes of website accessibility

Qəbələdə xanımlar üçün “Karyerada ilk addım” adlı təlim keçirildi

4 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ “ASAN xidmət” mərkəzində xanımlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.

İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.5.6 qızların təhsildən yayınmasının qarşısının alınması bəndi çərçivəsində həyata keçirilən təlimin məqsədi Qəbələ rayonunda orta məktəblərdə oxuyan və peşə seçimində qərarsız olan xanımları motivasiya və onlara karyera seçimlərində köməklik etmək, şəxsi inkişaf istiqamətində həvəsləndirməkdir.

Təlim iki paneldən ibarət olub. Birinci paneldə Qəbələ rayonunda yaşayan və karyerasında uğur qazanmış xanımlar iştirakçılarla öz uğur hekayələrini paylaşıblar.Tədbirin ikinci panelində isə içtirakçılara karyerada uğur, xarakter və şəxsiyyət növləri mövzularında təlim keçirilib, interaktiv oyunlar təşkil olunub.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində ilk regional təlim Sabirabad rayonunda təşkil olunub.

 

A- A A+

Digər press-relizlər