Please ensure Javascript is enabled for purposes of website accessibility

Pakistanın Azərbaycandakı səfiri "ASAN xidmət"lə tanış olub

2 dekabr 2015-ci il tarixində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Xalid Usman Qayser 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Səfirə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan səfir mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər