Please ensure Javascript is enabled for purposes of website accessibility

Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar

18 iyun 2013-cü il tarixində Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Dövlət Agentliyinin sədri İnam Kərimov qonaqlara 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaradılması tarixçəsi, məqsədləri, keçdiyi inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair yığcam məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, klassik “vahid məkan” prinsipinə əsaslanan orqan qismində“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ətraflı tanış olmuş qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmiş, onlarda xoş təəssüratlar yaradan mərkəzə gələcək fəaliyyətində uğurlar arzulamışlar.

 

Foto: Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar

 

A- A A+

Digər press-relizlər