Please ensure Javascript is enabled for purposes of website accessibility

Odessa Milli Hüquq Akademiyasının Konstitusiya Hüququ kafedrasının professoru Natalia Mişina“ASAN xidmət” mərkəzi ilə tanış olub

27 yanvar 2015-ci il tarixində Odessa Milli Hüquq Akademiyasının Konstitusiya Hüququ kafedrasının professoru Natalia Mişina 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub.  

Qonaq insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıb.

“ASAN xidmət” mərkəzlərinin vətəndaşların yüksək etimadını qazandığı və 4 000 000-a yaxın müraciətin qəbul olunduğu qonağın diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaq mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər