Please ensure Javascript is enabled for purposes of website accessibility

Novruz Bayramı günlərində Səyyar “ASAN xidmət” Bakı sakinlərinə xidmət göstərəcək

20-23 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar "ASAN xidmət" avtobusu I Beynəlxalq Novruz Festivalı çərçivəsində İçərişəhər - Qoşa Qala Qapısı meydanında saat 12.00-dan –18.00-dək Bakı şəhər sakinlərinə xidmət göstərəcəkdir. Paytaxt sakinləri Festival müddətində səyyar "ASAN xidmət" çərçivəsində təqdim olunan aşağıdakı xidmətlərdən yararlana biləcəklər:

 

  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı

 

 

Səyyar "ASAN xidmət" ölkə ərazisində əsasən avtomobillər və iritutumlu avtobuslar vasitəsilə həyata keçirilir. "Səyyar xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, onların vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Foto:Səyyar “ASAN xidmət” Bakı sakinlərinə xidmət göstərmişdir

 

A- A A+

Digər press-relizlər