Please ensure Javascript is enabled for purposes of website accessibility

Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Rober Van Lind “ASAN xidmət” mərkəzi ilə tanış olub

9 oktyabr 2014-cü il tarixində Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin nəzdindəki İmmiqrasiya və Naturalizasiya Xidmətinin baş direktoru Rober Van Lind Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonağın diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər