Please ensure Javascript is enabled for purposes of website accessibility

“Neftçi” futbol klubu ilə “ASAN xidmət” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

"Neftçi” PFK və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında "Yeni titul sponsoru ilə imzalanma mərasimi” təşkil olunub.

"Neftçi" peşəkar futbol klubu və "ASAN xidmət" arasında titul sponsorluğuna dair müqavilə imzalanıb.

İmzalanma mərasimində klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər.

Daha sonra Neftçi klubunun icraçı direktoru Elnur Məmmədov və Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev titul sponsorluğuna dair müqavilə imzalayıblar.

Qonaqlara üzərində yeni titul sponsorun adı olan "Neftçi” PFK-nın forması nümayiş etdirilib.

 

A- A A+

Digər press-relizlər