Please ensure Javascript is enabled for purposes of website accessibility

Monteneqro Respublikasının İnsan Resurslarının İdarə olunması Agentliyinin əməkdaşları “ASAN xidmət” mərkəzi ilə tanış olublar

12 sentyabr  2014-cü il tarixində Monteneqro Respublikasının İnsan Resurslarının İdarə olunması Agentliyinin direktoru  Svetlana Vukovic və həmin Agentliyin  İnsan Resurslarının İnkişafı ve Təlim sektorunun mudiri  Jadranka Durkovic  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Qonaqlara  “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 2 750 000-dən çox vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar

 

A- A A+

Digər press-relizlər