Please ensure Javascript is enabled for purposes of website accessibility

Misirli qonaqlar “ASAN xidmət” mərkəzi ilə tanış olublar

24-25 may 2016-cı il tarixlərində Misir Ərəb Respublikasının İnzibati Nəzarət İdarəsinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olub.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və nailiyyətləri ilə yaxından tanış olmaq, dövlət xidmətlərinin göstərilməsi sahəsində gələcək ikitərəfli əməkdaşlıq prespektivlərini müzakirə etmək məqsədi ilə baş tutan görüşdə qonaqlarla yanaşı Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Suzan Gamil Nuh da iştirak edib.

Misirli qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələr əldə edilib və 10 milyona yaxın müraciət qeydə alınıb.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb. 

 

A- A A+

Digər press-relizlər