Please ensure Javascript is enabled for purposes of website accessibility

"Məhəbbətin qənimi" tamaşası yenidən ASAN könüllülərinin təqdimatında

Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Gəncə "ASAN xidmət" mərkəzinin könüllüləri "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər.   Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Gəncə "ASAN xidmət" mərkəzinin könüllüləri "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər.

Könüllülər şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı öz rolları ilə canlandırıblar. Faiq Qasımovun quruluş verdiyi tamaşada 10 könüllü rol alıb.

 

Xronometrajı 1 saat 20 dəqiqə olan tamaşada ərlə arvad arasında yaranan ailə münaqişəsinin faciəvi sonluğundan bəhs olunur.

Qeyd edək ki, ilk dəfə bu tamaşa Gəncə Dövlət Dram Teatrında təqdim olunub və səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

 

A- A A+

Digər press-relizlər