Please ensure Javascript is enabled for purposes of website accessibility

Masallıda “Fitnə” filmi nümayiş olunub

28 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Masallı “ASAN həyat” kompleksinin ərazisində yerləşən kino klubda “Fitnə” sənədli filmin təqdimatı olub.

“ASAN xidmət” əməkdaşları və könüllülərinə nümayiş olunan filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu haqqında danışılır.

Sənədli filmin çəkilməsində əsas məqsəd radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır.

Eyni zamanda filmin digər regionlarda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzinin əməkdaşlarına və könüllülərinə nümayiş olunması da nəzərdə tutulub.

Qeyd edək ki, film Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilib.

 

A- A A+

Digər press-relizlər