Please ensure Javascript is enabled for purposes of website accessibility

Masallı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün tədbir keçirilib

Noyabrın 6-da Masallı “ASAN həyat” kompleksində məktəbli qızlar üçün silsilə tədbirlər keçirilib.                                                      

Tədbir  “ASAN xidmət”, Təhsil Nazirliyi, “Azər Türk Bank” ASC-nin və “Femmes Digitales” Klubunun dəstəyi ilə təşkil olunub.

Tədbirdə “Azər Türk Bank”, “B.EST Solutions”, “MONT”, “Microsoft”, “Cybernet”, “Ultra Technologies” təşkilatlarının nümayəndələri çıxış edərək, İKT-nin cəmiyyətin həyatındakı rolundan, təhsil və karyera sahəsində açdığı imkanlardan danışıblar. Həmçinin, 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılan “İT STEP” Akademiyasının təqdimatında tədbirin praktiki hissəsinə start verilib.

Daha sonra Təhsil Nazirliyinin əməkdaşı tərəfindən “Liderlik” təlimi keçirilib.

Praktiki məşğələlərdə iştirakçılar əyani vasitələrdən istifadə edərək, müxtəlif robotların və avtomatlaşdırılmış sınaq mexanizmlərinin hazırlanması ilə tanış olub, bu sahədə ilkin biliklərə yiyələnmək imkanı əldə ediblər.

Proqram çərçivəsində Masallı rayonunun ümumi təhsil müəssisələrində təhsil alan qızlar arasında “Breyn-rinq” intellektual oyunu təşkil edilib. Oyunun qaliblərinə kubok və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində məktəbli qızların iştirak səviyyəsinin yüksəldilməsi, onların gələcək karyera seçimi üçün bu sahənin təbliği və potensial kadrların yetişdirilməsidir.

                                                     

 

A- A A+

Digər press-relizlər