Latviyalı qonaq “ASAN xidmət” mərkəzi ilə tanış olub
15 mart 2016-cı il tarixində Latviya Respublikasının İnvestisiya və İnkişaf Agentliyinin Azərbaycandakı ofisinin rəhbəri cənab Aleksandrs Antonovs 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 8 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Sonda qonaq “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.