Kürdəmir, Ağcabədi və Tovuz “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatları yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir, Ağcabədi və Tovuz regional “ASAN xidmət” mərkəzlərində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatlarının yaradılması ilə bağlı tədbirlər keçirilib.

Tədbirlər 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təşkil olunub.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Prezident İlham Əliyev tərəfindən dövlətçilik strategiyasının uğurla davam etdirildiyini vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirlərdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətilərinin sədri, üzvləri müəyyənləşib.
Həmçinin YAP sıralarına yeni qəbul olunmuş “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.