Koreyanın daxili işlər naziri “ASAN xidmət”də
18 avqust 2016-cı il tarixində Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.
18 avqust 2016-cı il tarixində Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.
Qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 11 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.