Please ensure Javascript is enabled for purposes of website accessibility

Koreya Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət”də

1 iyul 2016-cı il tarixində Koreya Respublikasının Daxili İşlər Nazirliyinin Səmərəli İdarəçilik üzrə Beynəlxalq Əlaqələr İdarəsinin direktoru cənab Hyeon-Jun Kimin rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 10 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər