Please ensure Javascript is enabled for purposes of website accessibility

Koreya Respublikasının Azərbaycandakı səfiri “ASAN xidmət”də

4 fevral 2016-cı il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Kim Chang-gyu'nun rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Eyni zamanda vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 8 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Sonda qonaqlar  “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Digər press-relizlər