Please ensure Javascript is enabled for purposes of website accessibility

Keniya Baş naziri "ASAN xidmət”də

​Keniya Respublikasının Baş naziri Musalia Mudavadi "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

​​Yüksək səviyyəli qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
 
​​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış  “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
 
​Bildirilib ki, Keniya tərəfi ilə “ASAN xidmət” təcrübəsinin paylaşılması və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın qurulması istiqamətində bu ilin aprelində işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlinib və bu istiqamətdə əlaqələr daha da genişləndirilir.
 
​​Qonaqlara həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.

A- A A+

Digər press-relizlər