Please ensure Javascript is enabled for purposes of website accessibility

İsrail Dövlətinin Azərbaycandakı səfiri “ASAN xidmət”də

4 avqust 2016-cı il tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan Stav 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.

Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 11 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan səfir "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

A- A A+

Digər press-relizlər