Please ensure Javascript is enabled for purposes of website accessibility

“İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub.

Tədbir Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun iştirakı ilə baş tutub.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-zadə 2020-ci il ərzində özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi istiqamətində yeni texnologiyaların tətbiqi, texniki dəstək və İT xidmətlərinin verilməsi, müxtəlif növ tədbirlərin keçirilməsi və yeni əməkdaşlıqların qurulması barədə məlumat verib.

Eyni zamanda dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birgə fəaliyyətin təmin olunması, xüsusən də startapların inkişafı istiqamətində geniş imkanlar yaradan “TECH Diaspora” və “İnnovasiyalar Evi”nin yaradılmasından da danışılıb.

Həmçinin innovasiya sahəsində ekosistemin daha da inkişaf etdirilməsi ilə bağlı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin bu sahənin oyunçuları olan “SUP.VC”, “NextSale”, “Newspace”, “Newİdea”, “Khazar Ventures”, “Tech Academy”, “GOUP”, “AzNetwork” və s. şirkətlərlə uğurlu əməkdaşlıq, görülən və görüləcək işlər haqqında məlumat verilib.

Tağı Tağı-zadə qeyd edib ki, məhz bu cür layihələrin nəticəsidir ki, 2020-ci ilin sonunda 7 nominasiya üzrə təqdim olunan “Azərbaycan İnnovasiya Mükafatının” qaliblərinin 4-ü “İnnovasiyalar Mərkəzi” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşları və əməkdaşları olublar.

Sonda bazar ehtiyaclarına və sahibkarların maraqlarına uyğun həyata keçirilməsi nəzərdə tutulan layihələr, 2021-ci il üzrə fəaliyyət planı və hədəflər müzakirə olunub. 2020-ci il ərzində “500 Startups” şirkəti ilə qurulan əməkdaşlığın, Mərkəzin BMT-nin Qlobal Saziş Təşəbbüsünə qoşulmasının, eyni zamanda Asiya İnkişaf Bankı ilə imzalanmış “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi üzrə Bilik və Dəstək Texniki Yardımı barədə Anlaşma Memorandumu”nun növbəti illərdə də mərkəzin sosial-biznes qurumu olaraq nüfuzunun daha da artması, ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi istiqamətində geniş imkanlar yaradacağı müzakirə olunub.

“500 Startups” şirkəti ilə əməkdaşlığa əsasən vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata keçirilməsi, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaradılması kimi məsələlərin 2021-ci ilin əsas hədəflərindən olması qeyd olunub. Həmçinin Asiya İnkişaf Bankı ilə imzalanmış memoranduma görə "INNOLAND Şəki" tərəfindən icra ediləcək layihəyə əsasən nəzərdə tutulan texnoloji startapları dəstəkləmək üçün effektiv və işlək institusional mexanizmlərin yaradılması, innovativ həllərin artırılması, rəqəmsal mikrobiznesin və kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Təqdimatla daha ətraflı tanış olmaq üçün: https://icenter.az/content/innovation.pdf

A- A A+

Digər press-relizlər