Please ensure Javascript is enabled for purposes of website accessibility

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə loqo müsabiqəsi elan edilir!

- Layihə haqqında qısa məlumat: "INNOLAND" ideyası olan hər kəsin öz ideyasını reallaşdırması, özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan və dünyaya rəqabət qabiliyyətli yeni texnologiyalar çıxarılmasını əsas məqsəd kimi irəli sürmüş inkubasiya və akselerasiya mərkəzidir. "INNOLAND" startap ideyaların toplanılması, onların inkubasiyası, prototiplərin hazırlanması istiqamətində fəaliyyət göstərəcəkdir.

- Loqoda nəzərə alınmalı faktorlar;

Loqoda "INNOLAND"in "ASAN xidmət"ə bağlılığı, innovasiya və startaplarla, futuristik texnologiyalarla bağlı elementlər öz əksini tapmalıdır.

- Müsabiqənin davam etmə müddəti;

Loqolar İdeya Bankında elan olunmuş müsabiqə üzrə ( http://www.ideya.az ünvanına ) göndərilməlidir. Loqolar ən gec 10 iyun tarixinə kimi göndərilməlidir.

- Loqonun göndərilmə forması;

Loqo həm psd, həm də pdf formatda göndərilməlidir.

- Qalibə veriləcək mükafat;

 500 AZN

A- A A+

Digər press-relizlər