Please ensure Javascript is enabled for purposes of website accessibility

İndoneziyalı qonaqlar “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

4 may 2015-ci il tarixində İndoneziya Respublikasının Milli Inkişafının Planlaşdırılması naziri Andrinof Çaniaqonun rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti 4 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqları salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verib, bu konsepsiyanın  dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğunu bildirib.

Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsi baxımından digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 5.000.000-a yaxın müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib, mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar  arzulayıb.

 

A- A A+

Digər press-relizlər