Please ensure Javascript is enabled for purposes of website accessibility

İndoneziya parlamentinin nümayəndələri “ASAN xidmət”də

18 fevral 2016-cı il tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədr müavini cənab Fəhri Hamzahın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.

Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 8 000 000-dən çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"in fəaliyyətindən olduqca heyrətləndiklərini və mərkəzə uğurlar arzuladıqlarını bildiriblər.

 

A- A A+

Digər press-relizlər