İmpressionizm, Postimpressionizm, Avanqardizm mövzusunda mühazirə

“ASAN xidmət”, YARAT Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam mərkəzi  və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

25 oktyabr 2014-cü il tarixində saat 18:00-da Beynəlxalq Muğam mərkəzində növbəti mühazirə sənətşünaslıq doktoru Cəmilə Həsənzadə tərəfindən keçiriləcək. Mühazirədə Azərbaycan incəsənəti, eyni zamanda dünyada incəsənət cərəyanları olan impressionizm, postimpressionizm və avanqardizm haqqında ətraflı məlumatlar veriləcək.

Qeyd edək ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində bugünə kimi 3 mühazirə təşkil olunub və ümumilikdə 500 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

 

A- A A+

Digər press-relizlər