Please ensure Javascript is enabled for purposes of website accessibility

İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

16 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək.

Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə,  Sabirabad,  Bərdə, Qəbələ, Quba, Masallı,  Mingəçevir, İmişli və Şəkidə yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

A- A A+

Digər press-relizlər