Please ensure Javascript is enabled for purposes of website accessibility

İmişli “ASAN xidmət”də Beynəlxalq Könüllülər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülük” Məktəbi tərəfindən 5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində İmişli regional “ASAN xidmət” mərkəzində silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  Səfa Ağayev, “ASAN Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev və digər qonaqlar iştirak ediblər.

Öncə İmişli rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilib.

Sonra  “ASAN Könüllülük” Məktəbinin İnnovativ Diskussiya Platforması çərçivəsində ASAN könüllüləri, həmçinin Vətən müharibəsi iştirakçıları ilə görüş və ağacəkmə aksiyası keçirilib.  

Vətən müharibəsi iştirakçısı olmuş məzun ASAN könüllülərinə Dövlət Agentliyinin sədrinin imzası ilə fəxri diplomlar təqdim edilib.

Sonra  “Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşdırılan “Yaşıl Dağ” sosial aksiyasına start verilib. Aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu çərçivədə toplanmış kağız tullantılarının müqabilində əldə olunmuş vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların  və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.

"Azərsun Holdinq" MMC-nin dəstəyi ilə gerçəkləşən “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 2014-cü ildən start verilib.

A- A A+

Digər press-relizlər