Please ensure Javascript is enabled for purposes of website accessibility

“İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin təqdimatı baş tutdu

Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində “İlk Avropa Oyunları qədim Bakı torpağında” adlı mahnının və klipin təqdimat mərasimi keçirilib.

ASAN könüllülərinin təşəbbüsü ilə hazırlanan klip ilk dəfə bu gün nümayiş edilib və mərasimə toplaşanların alqışları ilə qarşılanıb.

Mərasimdə Gənclər və İdman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, əməkdar artist Sevda Ələkbərzadə, xalq artisti Samir Cəfərov və bir sıra təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, Azərbaycan və Avropa tarixində ilk dəfə keçiriləcək bu Oyunlara incəsənət nümayəndələrinin dəstək vermələri təqdirəlayiq haldır və klip Avropa Oyunları ərəfəsində bəstəkar və müğənnilərimiz tərəfindən çox gözəl bir hədiyyədir.

Dövlət Agentliyin sədri İnam Kərimov da öz çıxışında idman azarkeşlərini gözəl mahnı və maraqlı klip münasibətilə təbrik edib, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının ölkəmizin beynəlxalq aləmdə tanınmasında növbəti uğurlu addım olacağını vurğulayıb.

Tədbirin sonunda akapella və fləşmob təşkil olunub.

Klipə keçid

 

A- A A+

Digər press-relizlər