"İlin ASAN könüllüsü" seçildi
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 5 dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ASAN könüllülərinin fəaliyyətinə dair hesabat videoçarxı izlənilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN könüllülərini Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edərək ölkəmizdə könüllülük hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, müxtəlif istiqamətlərdə reallaşdırılan layihələrin önəmindən bəhs edib.
Sonra "İlin ASAN könüllüsü" nominasiyası üzrə könüllülük fəaliyyətində fərqlənənlərə, həmçinin "ASAN xidmət" əməkdaşlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbirdə ASAN Könüllüləri tərəfindən hazırlanan rəqs və musiqi nömrələri də nümayiş etdirilib.